Bank Of Baku

“Rabitəbank”ın nizamnamə kapitalı 51 mln. manatı ötüb

“Rabitəbank”ın nizamnamə kapitalı 51 mln. manatı ötüb
# 22 avqust 2013 10:58 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın “Rabitəbank” ASC nizamnamə kapitalını növbəti dəfə artıraraq 51,4 mln. manata çatdırıb. Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2013-cü ilin əvvəlindən etibarən “Rabitəbank” üçüncü dəfədir ki, nizamnamə kapitalını artırır.

 

Bununla da, “Rabitəbank” Mərkəzi Bankın ölkə banklarının nizamnamə kapitalının minimumuna qarşı tələbi artıq tam yerinə yetirib. 

 

Qeyd edək ki, bankın nizamnamə kapitalının artırılması barədə qərar 2012-ci ildə Səhmdarların Ümumi Yığıncağında qəbul edilib. Bank tərəfindən 2013-cü ildə mərhələli şəkildə bankın nizamnamə kapitalının artırılması istiqamətində tədbirlər görülüb, adi adlı sənədsiz səhmlər buraxılıb və onlar uğurla yerləşdirilib.

 

“Rabitəbank” bu il yaranmasının 20 illiyini qeyd edir. Bu ilin avqustun 20-nə bankın aktivləri 254 mln. manat, kredit portfeli isə 138 mln. manat təşkil edir. Hazırda bank 20 filial, 2 şöbə və 1 nümayəndəliklə ölkənin 14 regionunda geniş filial şəbəkəsi ilə təmsil olunur.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR