Bank Of Baku

“Standard İnsurance” şirkətinin rəhbərliyində dəyişiklik baş verib

“Standard İnsurance” şirkətinin rəhbərliyində dəyişiklik baş verib
# 08 aprel 2017 10:12 (UTC +04:00)

“Standard İnsurance” şirkətinin rəhbərliyində dəyişik baş verib. “APA-Economics” xəbər verir ki, Emin Bünyatov İdarə Heyətinin sədr müavini təyin olunub.

 

Bundan başqa, İdarə Heyətinin üzvü Orxan Vəliyev işdən çıxıb. Onun yerinə Qoşqar Həsənov İdarə Heyətinə üzv seçilib.

 

Başqa bir dəyişikliyə əsasən, şirkətin Təftiş Komissiyasının sədri Şamil Hüseynov işdən çıxıb. Onun yerinə Xadı Məmmədov sədr təyin olunub.

 

Həmçinin, Daxili audit departamenti ləğv olunub və onun direktoru Rüfət Orucov işdən çıxıb. Yeni yaradılan Sığorta hadisələri və hüquq departamentinin direktoru isə Tural Əsgərov təyin olunub.

 

Başqa bir dəyişikliyə əsasən isə Sığorta hadisələri departamenti ləğv olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR