2017-ci ildə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin cəmi aktivləri 136 mln. 197 min 544 manat təşkil edib ki, bu da 2016-cı il ilə müqayisədə 27 mln. 90 min 45 manat və ya 24,83% çoxdur.
“APA-Economics”in ““Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin konsolidə edilmiş hesabatına istinad verdiyi məlumata görə, hesabat dövründə Sənaye parkının uzunmüddətli aktivləri 134 mln. 838 min 75 manata, cəmi cari aktivləri isə 1 mln. 359 min 469 manata bətabər olub.
Hesabat dövründə “Sumqayıt Kimya Sənaye Parkı”nın cəmi öhdəlikləri 3,49 dəfə artaraq 7 mln. 372 min 28 manata yüksəlib.
Qurumun nizamnamə kapitalı 2016-cı ildə olduğu kimi qalıb – 500 min manat. Bir il ərzində “Sumqayıt Kimya Sənaye Parkı”nın cəmi kapitalı 21 mln. 829 min 685 manat və ya 20,4%artaraq 128 mln. 825 min 516 manat olub. 2017-ci il ərzində “Sumqayıt Kimya Sənaye Parkı”na 195 mln. 19 min 490 manat dövlət investisiyası yatırılıb. Bu, 2016-cı ildəkindən 39 mln. 710 min 467 manat və ya 25,57% çoxdur.
Hesabat dövründə Sənaye Parkının gəlirləri 54 min 303 manat və ya 13,87% artaraq 445 min 915 manata çatıb.
Bununla belə cəmi əməliyyat xərcləri 18 mln. 373 min 560 manat təşkil etdiyindən “Sumqayıt Kimya Sənaye Parkı” ötən ili 17 mln. 880 min 782 manat zərərlə başa vurub.