Bank Of Baku

“Təmiz Şəhər” aktivlərini 25% artırıb

“Təmiz Şəhər” aktivlərini 25% artırıb
# 25 may 2015 08:09 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Təmiz Şəhər” ASC 2014-cü ilin maliyyə göstəricilərini açıqlayıb.

 

“Təmiz Şəhər”dən “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ildə şirkətin cəmi aktivləri 87 698 806 manat təşkil edib ki, bu da 2013-cü illə müqayisədə 25,58% çoxdur.

 

2013-cü illə müqayisədə ötən il şirkətin gəlirləri 4 613 208 manat və ya 28,55% azalaraq 11 546 342 manat təşkil edib. Hesabat dövründə “Təmiz Şəhər”in xərclərində də azalma qeydə alınıb. Belə ki, son 1 ildə şirkətin xərcləri 2 844 352 manat və ya 19,76% azalaraq 11 547 049 təşkil edib. Müqayisə olunan dövrdə şirkətin əmək haqqı və işçilərlə bağlı digər ödənişləri üzrə xərcləri 5 014 830 manatdan 4 349 547 manatadək, ümumi və inzibati xərcləri isə 4 433 558 manatdan 2 918 255 manatadək azaldılıb.

 

Şirkət  ötən ili 707,9 manat zərərlə başa vurub.

 

Qeyd edək ki, hazırda şirkətin nizamnamə kapitalı 9 149 672 manatdır.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR