Bakı. Musa Əhmədov - APA-Economics. “TuranBank” ın aktivlərinin həcmi 2015-ci ilin I rübündə 347,874 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 21,69% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 43,04% artaraq 260,126 mln. manat olub.
İstehlak kreditlərinin həcmi 32,658 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin aprel ayının 1-nə olan göstəriciyə nisbətən 23,41% azdır.
Bankın ipoteka kreditlərinin həcmi aprelin 1-nə 28,022 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 12,22% çoxdur və kreditlərin 16,698 mln. (59,59%) manatı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.
Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 2,81% artaraq 8,195 mln. manat olub.
Bankın depozit portfeli hesabat dövrü ərzində 10,3% artaraq 143,420 mln. manata çatıb. Bu dövrdə əhalinin əmanətlərinin həcmi isə 82,723 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 4,19% azdır.
Bir il ərzində bankın məcmu kapitalı 3,66 % artaraq 53,426 mln. manata çatdığı halda, nizamnamə kapitalı 6,82 % artaraq 47 mln. 002 min manat təşkil edib.
Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 16,1% azalaraq 6,206 mln. manat, xərcləri isə 49,91% artaraq 8,207 mln. manata çatıb.
Cari ilin ilk üç ayını bank 2,001 mln. 0,3 min manat zərərlə başa vurub.
Hazırda bankın ölkə üzrə 14 filialı, 23 bankomatı, 159 POS-terminalı fəaliyyət göstərir.