Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı münasibətilə “TuranBank” avqustun 19, 20 və 21-də bu sahənin əməkdaşları üçün mövcud istehlak kreditlərinin illik faizlərində 2% endirim edir.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, göstərilən tarixlərdə bankın istənilən filialına müraciət etməklə 2%-lik endirimdən yararlanmaq mümkündür.
Sərhədçilər üçün kredit faizlərində endirim “TuranBank”ın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.