Bank Of Baku

“Turanbank”ın aktivləri 21% artıb

“Turanbank”ın aktivləri 21% artıb
# 14 avqust 2013 08:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın “Turanbank” ASC-nin aktivləri 2013-cü ilin avqust ayının 1-nə 229,134 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin analoji dövrü ilə müqayisədə 20,9%, ilin əvvəli ilə müqayisədə isə 5,6% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bankın kredit portfeli 2013-cü ilin əvvəli ilə müqayisədə 10,1%, 2012-ci ilin analoji dövrü ilə müqayisədə isə 19,8% artaraq 177,551 mln. manat təşkil edib.

 

Eyni zamanda bankın müştəri hesabları və depozit portfeli 2012-ci ilin analoji dövrü ilə müqayisədə 4,9% artaraq 101,5 mln. manat təşkil edib. Depozit portfelinin strukturunda müddətli əmanətlər 2012-ci ilin analoji dövrü ilə müqayisədə 23,9% artaraq 63,8 mln. manat təşkil edib.

 

Bu ilin avqustun 1-nə bankın nizamnamə kapitalı 40 mln. manat təşkil etməklə ilin əvvəli ilə müqayisədə 33,3%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 68,1% artımla müşahidə olunub. Hesabat dövründə “Turanbank”ın məcmu kapitalı ilin əvvəli ilə müqayisədə 38,2%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 64,8% artaraq 44,031 mln. manat təşkil edib. Bankın 27 səhmdarı var, o cümlədən 5 hüquqi (23,84%) və 22 fiziki şəxsdir (76,16%).

 

Bu ilin yanvar-iyul ayları üzrə “Turanbank”ın gəlirləri 15,517 mln. manat, xərcləri isə 12,377 mln. manat təşkil edib. Hesabat dövrü ərzində bankın balans mənfəəti 3,14 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR