Bank Of Baku

“Unibank” 9,75%-li istiqrazların emissiyasına başlayır - FOTO

“Unibank”  9,75%-li  istiqrazların emissiyasına başlayır - <span style="color: red;">FOTO
# 20 dekabr 2014 07:55 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Dekabrın 24-də  Bakı Fond Birjasında “Unibank KB” ASC-nin 20  mln. manatlıq istiqrazlarının yerləşdirilməsinə başlanacaq.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, yerləşdirmənin  anderrayteri qismində “Unicapital” və maketmeykeri  kimi “PAŞA Bank” çıxış edir. “Unibank” cəlb olunmuş vəsaitləri kiçik və orta biznesin maliyyələşdirilməsi üçün istifadə etməyi planlaşdırır.

 

Tədavül müddəti 2 il olan istiqrazlar üzrə illik faiz dərəcəsi 9,75%-dir. Bankdan bildirilib ki, yeni buraxılış  üzrə faiz kuponu əvvəlki ilə müqayisədə daha aşağıdır. “Bu, “Unibank”ın  kapital bazarlarında mövqeyinin daha da güclənməsi və investorların Bankın istiqrazlarına olan maraqlarının artması ilə əlaqədardır. Bankın maliyyə sabitliyi, keyfiyyətli və diversifikasiyalı kredit portfeli  beynəlxalq qurumlar tərəfindən də hər zaman qiymətləndirilib. Bankın bazarda mövqeyinin güclənməsi, beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrində də öz əksini tapıb”-deyə məlumatda qeyd olunub.

 

Xatırladaq ki, “Unibank KB” ASC-nin 20  mln. manatlıq istiqrazlarının emissiya prospekti dekabrın 15-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınıb. Oxşar məbləğ üzrə əvvəlki buraxılış bank tərəfindən bu ilin dekabrın 4-də tam şəkildə və vaxtında ödənilib.

 

Qeyd edək ki, bu ilin 11 ayı ərzində “Unibank” biznesə verilən kreditlərin yüksək artımına nail olub. Bank biznesə dəstəyini 56% artıraraq 208 mln. manata çatdırıb. 2014-cü ilin 11 ayı ərzində “Unibank”ın aktivləri 17% artaraq 865 mln. 536 min manata, kredit portfeli də 17% artaraq 696,9 mln. manata çatıb.  Hesabat dövründə bankın müştərilərinin sayı da 37% artaraq 711 minə yaxınlaşıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR