Bank Of Baku

“Unibank” “ALBALI” kart sahibləri üçün yeni kampaniya elan edib

“Unibank” “ALBALI” kart sahibləri üçün yeni kampaniya elan edib
# 05 mart 2013 15:16 (UTC +04:00)

 

Bakı – APA-Economics. Çox-çox sərfəli “ALBALI” kart sahiblərinə “Unibank”dan növbəti bayram hədiyyəsi var. “APA-Economics”in xəbərinə görə, 6-7-8 mart tarixlərində “ALBALI” kartla alış-veriş edənlər 500-dən artıq partnyor mağazada 6 aylıq əlavə taksitlə ödəniş imkanı qazanacaqlar.

 

Aksiya çərçivəsində 3 və daha uzun müddətli ödənişlərə əlavə olaraq 6 aylıq taksit imkanı da bank tərəfindən təqdim ediləcək. Yəni 3 taksitlilər üçün ödəniş müddəti 9 ay,  12 taksitlilər üçün 18 ay olacaq. Əlavə 6 taksitə görə malın qiymətində də heç bir dəyişiklik olmayacaq.

 

Qeyd edək ki, “Unibank”ın “ALBALI” kartı qısa müddət ərzində geniş əhali kütləsi arasında ən çox tələbat duyulan kart məhsuluna çevrilib. “ALBALI” kartı tamamilə pulsuzdur. Bu kart paytaxtdakı yüzlərlə mağazada məhsul və xidmətlərin qiymətini aylar üzrə hissə-hissə ödəmək imkanı verir. “ALBALI” kartla alınan malın dəyəri bərabər hissələrə bölünərək, bir neçə ay ərzində (12 aya qədər) və hər ayın 1-dən 10-dək ödənilir. Məsələn, siz Unibankın partnyor-mağazasından 120 manatlıq alış-veriş edirsiniz. Mağaza bu məhsulu 12 aylıq taksitlə satırsa, siz hər ay cəmi 10 manat ödəyirsiniz. Ödənişi “Unibank”ın istənilən filialındakı “Cash-in” terminallarının köməyi ilə aparmaq mümkündür.

 

Müştərilər “ALBALI” kartı “Unibank”ın istənilən filialından heç bir komissiya haqqı ödəmədən, illik faiz dərəcəsi 0% olan kreditlə, tamamilə pulsuz olaraq ala bilərlər. 3 il müddətinə 3000 AZN-dək kredit cəlb etməyə imkan verən “ALBALI” kartı bankomat vasitəsilə 200 AZN-dək nağd pul almağı da mümkün edir. “ALBALI” kartı sifariş etmək çox asandır. Kartı əldə etmək üçün sadəcə online sifariş anketini doldurmaq yetər. Sifariş anketini http://www.albali.az/sifarish-et/ ünvanından doldura bilərsiniz.

 

“ALBALI” kartı ilə bağlı bütün məlumatları www.albali.az internet saytından, “Unibank”ın “Facebook” səhifəsindən (https://www.facebook.com/albalikart) və ya 117 nömrəsindən öyrənmək mümkündür.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR