Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın “Unibank” ASC evdar xanımların kredit alması üçün həyat yoldaşının və ya övladlarının iş yerindən arayış tələb etməyəcək. Bankdan “APA-Economics”ə verilən məlumata görə, evdar xanımların bank filiallarına sadəcə şəxsiyyət vəsiqələri və nikah şəhadətnamələri müraciət etmələri kifayətdir.
Kreditin maksimal məbləği 1 500 manata qaldırılıb. Üstəlik xanımlara bankın kredit kartı da verilir ki, bu da “Unibank” məhsullarından və xidmətlərindən əlavə güzəşt hüququ verir.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq “Unibank” evdar xanımlar üçün xüsusi şərtlərlə nağd kredit məhsulu yaradıb. İndi isə bu kreditin şərtləri evdar xanımlar üçün daha da asanlaşdırılıb.
Bankın sərfəli kredit məhsulları Azərbaycanın hər bir vətəndaşı üçün nəzərdə tutulub. Adına indiyədək kredit olmayanlar, eləcə də başqa banklara borcu olanlar belə, “Unibank”dan rahatlıqla kredit götürə bilər. Bankın istənilən filialına yalnız şəxsiyyət vəsiqəsi ilə yaxınlaşan müştəri, cəmi 15-20 dəqiqə ərzində nağd kredit əldə edə bilir. Bunun üçün arayış və zamin tələb olunmur.
“Unibank”dan kredit götürmək üçün qeydiyyata, iş stajına və minimal əmək haqqının məbləğinə tələb yoxdur. Bank paytaxt və bölgələri əhatə edən 32 filialı ilə vətəndaşların xidmətindədir. Filiallar həftənin 6 günü səhər saat 9:00-dan 18:00-dək fasiləsiz işləyir.