Bank Of Baku

“Unibank” müştərilərə depozit hesabı açmaqda unikal təkliflər edir

“Unibank” müştərilərə depozit hesabı açmaqda unikal təkliflər edir
# 06 avqust 2013 08:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - “APA-Economics”. “Unibank” müştərilərə depozit hesabı açmaq üçün unikal təkliflər edir.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, müştərilər bankın geniş depozit məhsullarından istifadə etməklə, lotereya oyununa qatılmaq və avtomobil qazanmaq şansı əldə edə bilərlər.

 

“Unibank” müxtəlif əmanət növləri təklif edərək, müştərilərə seçim imkanları verir. Belə ki, hər ay gəlirindən bir qədər qənaət edib, yığım etmək istəyən müştərilər bankın “Yığım” əmanət növündə hesab aça bilərlər. İlkin minimal məbləğ qoyuluşu 50 AZN/USD/EUR olan bu əmanət növündə, müştərinin hesabına hər ay 10 manatdan başlayaraq əlavə vəsait yatırmaq mümkündür və artım olan halda əmanət faizinin (8%) üzərinə 2%-lik bonus hesablanır.

 

“Proqressiv” əmanəti növü hesabdakı vəsaitlərini istənilən vaxt çıxaran və faizlərini itirmək istəməyənlər üçündür. “Unibank”ın “Proqressiv” əmanətində minimum 200 AZN/USD/EUR əmanət hesabına görə illik gəlirlilik 9%-dir.

 

“Müddətli” əmanət növü daha yüksək gəlir götürmək istəyənlər üçündür. Əmanətin minimal məbləği 500 AZN/USD/EUR-dir. Müddətli əmanət növü 3-36 ay müddətinə açılır, maksimal müddəti 15,7%-dir.

 

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun qərarı ilə qorunan əmanətlərin yuxarı həddi 10% təşkil edir. “Unibank” müştərilərinə seçim imkanı verir. Əgər müştəri istəyərsə “Müddətli” əmanət növü üzrə 10%-dən yuxarı və ya illik 10%-lə əmanət hesabı aça bilər.

 

Bundan başqa, mayın 20-dən avqustun 31-dək “Unibank”dan depozit hesabı açan hər bir müştəri, müxtəlif pul uduşları və avtomobil qazanmaq şansı əldə edir. Bunun üçün bankda 1 ildən az olmayan müddətə minimum 100 AZN/USD/EURO-luq əmanət hesabı açmaq və ya mövcud əmanət hesabının müddətinin 12 aylıq müddətədək uzatmaq lazımdır. Hər 100 manat müştəriyə bir uduş şansı qazandırır. Bu aksiya çərçivəsində 20 iştirakçının hər biri 500 manatlıq pul uduşu, bir iştirakçı isə “Chrysler 200” avtomobili qazanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR