Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın “Unibank” ASC müştəriləri üçün mülayim kredit kampaniyalarını davam etdirir.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Unibank” müştəriləri yay ayları ərzində bankın müxtəlif peşə sahibləri üçün endirimli kredit məhsullarından faydalandılar.
Bank hamını bu fürsətdən faydalanmağa çağırır. Bütün peşə sahibləri “Unibank”dan 3% endirimlə kredit ala bilirlər. Kreditin maksimal məbləği 7 500 manatadək artırılıb, müddət isə 48 ayadək uzadılıb. Üstəlik, “Unibank”dan kredit götürən hər kəsə bir çox imtiyazlar verən üzvlük kartı hədiyyə edilir.
Qeyd edək ki, “Unibank” nağd kredit götürən hər bir müştəri üçün maksimal yaş həddi 70-dir. “Unibank”dan kredit götürənlərin aylıq gəlirlərinin məbləğinə və əmək stajlarına heç bir tələb qoyulmur.
Müştərilərinə bütün həftəni xidmət etmək üçün “Unibank”ın filialları şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallar fasiləsiz işləyir.