Bank Of Baku

“Unibank” müştərilərinə avtomobilə sahib olmaq imkanı verir

“Unibank” müştərilərinə avtomobilə sahib olmaq imkanı verir
# 16 avqust 2013 09:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın “Unibank” ASC əmanətçilərə son model “Chrysler 200 Touring 2.4” avtomobilinə sahib olmaq imkanı verir. Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu şansa sahib olmaq üçün 2 həftədən az vaxt qalıb.

 

Bankın “Unibank”a əmanət yerləşdirin və hədiyyə qazanın!” adlı tirajlı stimullaşdırıcı lotereyası çərçivəsində mayın 20-dən avqustun 31-dək bankda depozit hesabı açan hər bir müştəri müxtəlif pul uduşları və avtomobil sahibi olmaq imkanı qazanacaq.

 

Lotereyada ən azı 12 aylıq müddətə 100 AZN/USD/Avro məbləğində əmanət qoyan və ya mövcud əmanətinin müddətini kampaniya ərzində ən azı l2 ay müddətinə artıran müştərilər iştirak edə biləcəklər. Hər 100 AZN/USD/Avro həcmində əmanət bir şans kimi dəyərləndiriləcək. Aksiya çərçivəsində 20 iştirakçının hərəsi 500 manat qazanacaq. Bir qalib isə 2013-cü il istehsalı olan “Chrysler 200 Touring 2.4” avtomobili qazanacaq.

 

“Unibank” müxtəlif əmanət növləri təklif etməklə, müştərilərə seçim imkanları verir. “Unibank”da depozitlər maksimal 15,7%-lə və ən çoxu 36 aylıq müddətədir.

 

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun qərarı ilə qorunan əmanətlərin yuxarı həddi 10% təşkil edir. Əgər müştəri istəyərsə “Müddətli” əmanət növü üzrə 10%-dən yuxarı və ya illik 10%-lə əmanət növü aça bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR