Bakı. Pərviz Nuriyev - APA-Economics. “Unibank” Böyük Britaniyada təhsil almaq istəyən gənclərimiz üçün bu ölkənin ən tanınmış universitetləri ilə tanışlıq imkanı yaradıb.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, British Council Azərbaycanın təşkilatçılığı ilə keçirilən və “Unibankın” dəstək verdiyi “Education UK - Birləşmiş Krallıqda Təhsil” sərgisinə qatılan minlərlə gənc dünyanın ən yaxşı universitetlərində təhsil imkanlarını nəzərdən keçirib.
1-2 noyabr tarixlərində Bakıda keçirilən sərgi çərçivəsində Birləşmiş Krallıqdan 43 universitet, məktəb, kollec və dil kursu gənclərimizin seçiminə verilib. 2 günlük sərginin iştirakçıları təhsil, təqaüd proqramları ilə tanış olaraq, universitetlər tərəfindən təşkil olunan seminarlarda maraqlandıqları suallara da cavab tapıblar.
Sərginin ən maraqlı hissəsi isə hədiyyələrlə bağlı keçirilən müsabiqələr olub. Sərgiyə qatıldıqları üçün “Unibank”dan və tədbirin təşkilatçılarından maraqlı hədiyyələr qazanan tələbələr, bundan əlavə sosial şəbəkələrdə paylaşmaları ilə də müsabiqə iştirakçısı olublar.
“Unibank” və British Council-ın birgə təşkilatçılığı ilə sərgi iştirakçıları arasında #edukaz həştaq müsabiqəsi keçirilib. Ən yaxşı və maraqlı həştaqı yazan 2 iştirakçı “Unibank”dan xüsusi hədiyyə qazanıb.