Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Unibank” yeni imic filmini təqdim edib.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Unibank”ın bu günlərdə ictimaiyyətə təqdim etdiyi “Arzular reallaşır!” adlı imic çarxı (https://www.youtube.com/watch?v=5db303-pJG4) 3 dostun timsalında qarşılarına çıxan çoxsaylı maneələrə baxmayaraq arzularını reallaşdıran insanların uğur hekayəsidir. “Unibank” kimi daim inkişaflı bank, hər zaman öz məqsədləri uğrunda mübarizə aparan, cəmiyyətdə nailiyyətlər qazanan insanların seçimi olur.
İmic filminin ideyasının müəllifi elə “Unibank”ın öz əməkdaşlarıdır. Görünür, bu da, təsadüfi deyil. Çünki 22 illik fəaliyyəti dövründə ölkə bank sektorunda öz uğur salnaməsini yazan “Unibank”ın əməkdaşları, bu uğur hekayəsinin birbaşa iştirakçıları, qəhrəmanlarıdır. Elə imic çarxının verdiyi mesajda uğurun verdiyi sevincdir. Hamımızın içində, həyat yolunda, inkişaf yolunda bu qəhrəmanların izləri, yaşantıları var. Qələbə, uğur məqsədyönlülük, ideyalarımız uğrunda mübarizənin nəticəsində yaranır və filmdə də, real həyatda da bu uğurlu insanlar eyni ünvanda rastlaşır. Onları bu görüş yerinə gətirən də, arzularının reallaşdırılmasında payı olan bir məkandır - “Unibank”dır.