Bank Of Baku

“Unibank”ın tirajlı stimullaşdırıcı lotereyası davam edir

“Unibank”ın tirajlı stimullaşdırıcı lotereyası davam edir
# 14 avqust 2013 12:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Unibank”ın “Kreditinizi ödəyin və qazanın” adlı tirajlı stimullaşdırıcı lotereyasının bitməsinə 2 həftədən bir az artıq vaxt qalıb.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, lotereyanın şərtlərinə görə, iyunun 24-dən avqustun 31-dək “Unibank”a olan kredit ödənişlərini ölkə üzrə “Azərpoçt” filiallarından, “MilliÖn” Paypoint-larından və online formada (unibank.az və hesab.az saytlarında) həyata keçirən müştərilər pul uduşları qazanmaq şansı əldə edəcəklər. Lotereyanın şərtləri bu müddətdə “Unibank” filiallarında və bankın “Cash-in”lərində aparılan kredit ödənişlərinə şamil edilmir.

 

Şərtlərdən də göründüyü kimi, bu lotereyanın keçirilməsində bankın heç bir qazanc məqsədi yoxdur. “Unibank”ın Məhsullar və proseslərin inkişafı departamentinin rəhbəri Taleh Tahirli bildirib ki, kampaniyanın məqsədi müştərilərin kredit ödənişlərini daha rahat şəkildə həyata keçirməsinə çalışmaqdır: “Biz istəyirik müştərilərimiz kreditlərini vaxt itirmədən, növbə gözləmədən ödəsinlər. Yəni, kredit ödənişi üçün bank filialına gəlmək vacib deyil, nəqliyyata əlavə pul xərcləmədən, vaxt itirmədən elə evlərində, iş yerlərində unibank.az və hesab.az saytlarından və ya ən yaxında olan “Azərpoçt” şöbələsindən, “MilliÖn” paypointlərindən ödəniş apara bilərlər. Əvəzində, həm də bankdan pul uduşu qazanmaq şansı əldə edirlər”.

 

Qeyd edək ki, oyunun keçirildiyi aylar ərzində hər kredit müqaviləsi üzrə edilmiş ödənişlər 1 şans kimi qəbul ediləcək. Müştəri bir kredit müqaviləsi üzrə hər ay (iyun, iyul, avqust) ödəniş edərsə, maksimum 3 şansı ola bilər. Tirajda 50 lotereya iştirakçısı qalib elan ediləcək. Uduşun ümumi fondu 5 000 (beş min) manat təşkil edir. Hər qalib 100 manat pul uduşu əldə edəcək. Uduş fondunun oynanılması elektron püşkatma qaydasında həyata keçirilir. Lotereya üzrə uduşlar, 10 sentyabr 2013-cü il tarixdə bankın Baş İdarəsinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, 55 ünvanında keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR