Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gündən etibarən Bakı Fond Birjasında (BFB) Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınmış «Unileasing» QSC-nin təmin edilməmiş faizli adlı sənədsiz istiqrazlarının yerləşdirilməsinə başlanacaq.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, yerləşdiriləcək istiqrazların sayı 4 min ədəd, bir istiqrazın nominal dəyəri 1 000 manat, emissiyanın ümumi həcmi isə 4 mln. manat təşkil edir. İstiqrazların tədavül müddəti 1 il, faiz ödəniş dövrünün müddəti isə 3 aydır. Sözügedən qiymətli kağızlar üzrə gəlirlik 10,5% təşkil edir. Kütləvi təklif üsulu ilə yerləşdiriləcək istiqrazların yerləşdirilməsində anderrayter rolunda «Unicapital» ASC çıxış edir.