Bank Of Baku

“Xalq Bank” ötən ili 10 mln. manatdan çox mənfəətlə başa vurub

“Xalq Bank” ötən ili 10 mln. manatdan çox mənfəətlə başa vurub
# 02 fevral 2017 12:24 (UTC +04:00)

2016-cı ilin IV rübündə “Xalq Bank”ın aktivlərinin həcmi 1 mlrd. 668,621 mln. manat təşkil edib ki, bu da ötən ilin III rübü ilə müqayisədə 4,6% azdır.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, ötən ilin son rübündə bankın kredit portfeli 3,83% azalaraq 1 mlrd. 274,526 mln. manat olub.

 

Hesabat dövründə bankın depozit portfeli 8,6% azalaraq 1 mlrd. 098,900 mln. manat, öhdəliklərin həcmi isə 5,82% azalaraq 1 mlrd. 430,982 mln. manat olub.

 

Ötən ilin son rübündə nizamnamə kapitalı dəyişməyərək 211 mln. 646,49 min  manat təşkil edib.

 

Bank ötən ili 10 mln. 369 min 656,87 manatlıq mənfəətlə başa vurub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR