Bank Of Baku

“YapıKredi Bank Azerbaycan” aktivlərini 16% artırıb

“YapıKredi Bank Azerbaycan” aktivlərini 16% artırıb
# 29 oktyabr 2014 10:24 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “YapıKredi Bank Azerbaijan”ın aktivlərinin həcmi 2014-cü ilin III rübündə 342,770 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 16,28% çoxdur.

 

Bankdan «APA-Economics»ə verilən məlumata görə, ötən ilin 9 ayı ilə müqayisədə hesabat dövründə bankın kredit portfeli 35,50% artaraq 249,359 mln. manat olub. O cümlədən, istehlak kreditlərinin həcmi 94,381 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin oktyabr ayının 1-nə olan göstəriciyə nisbətən 22,28% çoxdu. Son 1 ildə avtomobil kreditlərinin həcmi isə 28,24% azalaraq 16,335 mln. manata çatıb.

 

Hesabat dövründə ipoteka kreditlərinin həcmi 8,945 mln. manat olub ki, bu da 2013-cü ilin III rübünə nisbətən 93,32% çoxdur.

 

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 3,49 dəfə artaraq 18,743 mln. manat olub.

 

Bankın depozit portfeli cari ilin III rübündə 25,64% artaraq 164,001 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 82,003 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 2,07 dəfə çoxdur.

 

Bir il ərzində bankın məcmu kapitalı 3,92% artaraq 63,781 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 46 mln. 810,7 min manat təşkil edib.

 

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 33,28% artaraq 35,868 mln. manat, xərcləri isə 25,48% artaraq 28,886 mln. manat təşkil edib.

 

Cari ilin ilk doqquz ayı ərzində bankın əldə etdiyi mənfəət 4 mln. 226,21 min manat təşkil edib.

 

Hazırda bankın ölkə üzrə 13 filialı, 26 bankomatı, 2 800 POS-terminalı fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR