Bank Of Baku

“Zaminbank” aktivlərini artırıb

“Zaminbank” aktivlərini artırıb
# 23 oktyabr 2014 11:53 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Zaminbank”ın aktivlərinin həcmi 2014-cü ilin III rübündə 503,742 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 19,54% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 27,72% artaraq 311,745 mln. manat olub.

 

Bu ilin 9 ayında istehlak kreditlərinin həcmi 216,874 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin oktyabr ayının 1-nə olan göstəriciyə nisbətən 77,75% çoxdur.

 

Bankın ipoteka kreditlərinin həcmi oktyabrın 1-nə 47,619 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 0,16% çoxdur.

 

Yanvar-sentyabr aylarında bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 56,72% artaraq 15,256 mln. manat olub.

 

Bankın depozit portfeli hesabat dövrü ərzində 3,09% artaraq 90,532 mln. manata çatıb, əhalinin əmanətlərinin həcmi isə 84,906 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 3,50% çoxdur.

 

Bir il ərzində bankın məcmu kapitalı 42,48% artaraq 68,356 mln. manata çatdığı halda, nizamnamə kapitalı 12,99 % artaraq 52 mln. 181,8 min manat təşkil edib.

 

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 12,59% artaraq 31,348 mln. manat, xərcləri isə 35,66% azalaraq 19,325 mln. manat olub.

 

Cari ilin ilk doqquz ayı ərzində bankın əldə etdiyi mənfəət 12,023 mln. manat olub.

 

Hazırda bankın ölkə üzrə 39 filialı, 39 bankomatı, 1891 POS-terminalı fəaliyyət göstərir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR