Bank Of Baku

“Zaminbank”da ipoteka kreditlərinin həcmi artıb

“Zaminbank”da ipoteka kreditlərinin həcmi artıb
# 15 fevral 2016 12:34 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2016-cı ilin yanvarın 1-nə “Zaminbank”ın aktivlərinin həcmi 484,263 mln. manat təşkil edib ki, bu da 2015-ci il ilə müqayisədə 3,58% azdır.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 4,92% azalaraq 304,170 mln. manat olub.

 

Ötən il istehlak kreditlərinin həcmi 191,247 mln. manat təşkil edib ki, bu da 2014-cü ilə olan göstəriciyə nisbətən 11,98% azdır.

 

Bankın ipoteka kreditlərinin həcmi 2016-cı il yanvarın 1-nə 47,605 mln. manat olub ki, bu da 2014-cü il ilə müqayisədə 2,58% çoxdur.  

 

Ötən il bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi 2014-cü ilə nisbətən 7,06% azalaraq 13,231 mln. manat olub.

 

Bankın depozit portfeli hesabat dövrü ərzində 17,84% azalaraq 87,043 mln. manat təşkil edib. Əhalinin əmanətlərinin həcmi isə 81,553 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 17,28% azdır.

 

Bir il ərzində bankın məcmu kapitalı 0,23 % azalaraq 56,249 mln. manat olub, nizamnamə kapitalı isə dəyişməyərək 52 mln. 181,8 min manat təşkil edib.

 

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 2,34 dəfə azalaraq  17,967 mln. manat, xərcləri isə 2,29% azalaraq 18,034 mln. manat olub.

 

Ötən ili bank 67 min. manat zərərlə başa vurub.

 

Hazırda bankın ölkə üzrə 39 filialı, 39 bankomatı, 1891 POS-terminalı fəaliyyət göstərir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR