Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə qurumu olan «ABB-Moskva» bankının eksklüziv bank xidməti olan «Prestige Club Private Banking» 2012-ci ili fiziki şəxslərin depozitlərinin artımı ilə başa vurub. Bu barədə «APA-Economics»ə Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən bildirilib.
Məlumatda deyilir ki, fiziki şəxslərin «ABB-Moskva»da yerləşdirdiyi depozitlərin həcmi üzrə artım 1,080 mlrd. rubl (28,1 mln. manat) və ya 36% təşkil edib ki, bunun 73%-i (782,7 mln. rubl və ya 20,4 mln. manat) «Prestige Club Private Banking»in müştərilərinin payına düşüb.
Bankdan bildirilib ki, «Prestige Club Private Banking»in bir ildən artıq əvvəl açılmasına baxmayaraq, bu dərəcədə yüksək artım templəri fərdi bankçılıq üzrə bankın strategiyasının düzgün olduğunu göstərir.
Qeyd edək ki, «Prestige Club Private Banking»in Moskvada yeni xidmət bölməsi açılıb ki, burada müştəri onun şəxsi meneceri ilə görüşə bilər.