Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə qurumu olan «ABB-Moskva» bankı RBC agentliyi tərəfindən Rusiya banklarının 2012-ci ildə aktivlər üzrə renkinqində 134-cü yeri tutub. «APA-Economics»in xəbər verdiyi kimi, «ABB-Moskva»nın 2013-cü il yanvarın 1-nə xalis aktivləri 26 620 mln. rubl (692,1 mln. manat) təşkil edib ki, bu da 2011-ci ilin yekunları ilə müqayisədə 18,4% çoxdur.
Qeyd edək ki, 2011-ci ilin yekunlarına görə, «ABB-Moskva» analoji renkinqdə 135-ci, 2010-cu ilin yekanlarına görə isə 139-cu yerdə olub.
Renkinqə 13 823 mlrd. rubl (359,4 mlrd. manat) göstəricisi ilə «Sberbank» başçılıq edir. İkinci yerdə isə VTB qərarlaşıb, bu bankın xalis aktivləri 4 221 mlrd. rubl (110 mlrd. manat) təşkil edib.
Eyni zamanda, kredit portfeli üzrə «ABB-Moskva» 12 749 mln. rubl (331,5 mln. manat) göstəricisi ilə 136-cı yerdə, depozit portfeli üzrə 8 153 mln. rubl (212 mln. manat) göstəricisi ilə 219-cu yerdə qərarlaşıb.