Bank Of Baku

«Access Bank»ın faiz mənfəəti artıb

«Access Bank»ın faiz mənfəəti artıb
# 01 fevral 2013 11:18 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Access Bank» ASC-nin 2012-ci ildə əldə etdiyi gəlirlərin həcmi 101,814 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin göstəricisindən 16,5% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri də 16,5% artaraq 81,369 mln. manata çatıb.

 

Bankdan verilən məlumata görə, ötən ildə bank 15,840 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 9,7% azdır.

 

Qeyd edək ki, bankın faiz gəlirləri 91,382 mln. manat, qeyri-faiz gəlirləri 10,433 mln. manat, faiz xərcləri 24,778 mln. manat, qeyri-faiz xərcləri isə 56,591 mln. manata bərabər olub. Nəticədə, ötən ilin yekununda bankın faiz mənfəəti 12,2%, qeyri-faiz zərəri isə 10,4% artıb.

 

Xatırladaq ki, 2002-ci ildə fəaliyyətə başlayan «Access Bank»ın səhmdarları rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), KfW (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), «Access Microfinance Holding AG» (16,53%) və «LFS Financial Systems GmbH.» (3,47%) çıxış edir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR