Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «AGBank» ASC-nin aktivlərinin həcmi 2013-cü il oktyabrın 1-nə 435,295 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 27,1% çoxdur.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 36,2% artaraq 317,512 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 130,289 mln. manat təşkil edib ki, bu da 2012-ci il oktyabrın 1-nə olan göstəriciyə nisbətən 5,0 dəfə çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 0,8% azalaraq 39,027 mln. manata, vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 4,6 faiz bəndi azalaraq 12,3%-ə düşüb.
Bankın depozit portfeli son bir ildə 16,9% artaraq 250,862 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 210,722 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 16,3% çoxdur.
Son bir ildə bankın məcmu kapitalı 26,3% artaraq 50,924 mln. manat, o cümlədən nizamnamə kapitalı 16,3% artaraq 25,000 mln. manat təşkil edib.
Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 34,1% artaraq 91 186, o cümlədən fiziki şəxslərin sayı 37,7% artaraq 89 888, hüquqi şəxslərin sayı 2,2 dəfə azalaraq 1 298 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il oktyabrın 1-nə 72 541-ə bərabər olub ki, bu da illik müqayisədə 25,2% çoxdur. O cümlədən, debet kartların sayı 25,1% artaraq 54 785-ə, kredit kartların sayı 27,1% artaraq 17 756-ya çatıb.
Hazırda bankın ölkə üzrə 17 filialı, 57 bankomatı, 792 POS-terminalı fəaliyyət göstərir. Bankın 662 işçisi var.