Bank Of Baku

«ALBALI» kart istifadəçiləri üçün yeni kampaniya keçirilir

«ALBALI» kart istifadəçiləri üçün yeni kampaniya keçirilir
# 10 sentyabr 2013 12:17 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC «ALBALI» kart istifadəçiləri üçün yeni və əlverişli imkanlar təqdim edir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, «ALBALI» kartla 3 və daha çox taksitlə aparılan alış-verişlər sahibinə xallar qazanıb müxtəlif hədiyyələr əldə etmək imkanı verir.

 

Bu fürsətdən yararlanmaq üçün kart sahibləri «Facebook» sosial şəbəkəsində «Qoşul, Qazan, Faydalan» platformasından «ALBALI» kartını qeydiyyatdan keçirməlidir. Kart qeydiyyatdan keçdikdən sonra seçilmiş partnyorlarda edilən əməliyyatlar haqqında məlumatı  «Facebook» sosial şəbəkəsində bölüşərək, «ALBALI» xalları toplayıb, daha sonra müxtəlif hədiyyələr əldə edə bilərlər.

 

Hədiyyələr müştərinin müraciəti anından etibarən 30 iş günü ərzində təqdim ediləcək. Kart sahibi  hədiyyəni pul ekvivalentində də ala bilər. Bu halda ona hədiyyənin bazar dəyərinin 70%-i həcmində pul vəsaiti ödənilir. Toplanılan xallar haqqında məlumatı müştəri «Facebook» aplikasiyadan «ALBALI» şəxsi kabinetə daxil olaraq əldə edə bilər. Toplanan «ALBALI» xalı hədiyyəni əldə etməyə kifayət edərsə, hədiyyənin kodunu [email protected] e-mail ünvanına göndərmək tələb olunur. Taksit sayı 3 olan əməliyyatın hər 100 manatı 50 «ALBALI» xalına bərabərdir. Xallar «Qoşul, Fərqlən, Faydalan» platformasında qeydiyyatdan keçdikdən sonra hesablanmağa başlayır və qeydiyyatdan əvvəl kartla keçirilən alış-verişə şamil olunmur.

 

Taksit ayları artdıqca, hər 100 manata düşən «ALBALI» xalının həcmi də çoxalır. Taksit sayı 15 olan əməliyyatın hər 100 manatı isə 150 «ALBALI» xalına bərabər götürülür. «ALBALI» xalları ilə qazanılan hədiyyələri haqqında müştərilər qazanacağını www.albali.az/files/albali_points.pdf ünvansydan öyrənə bilər.

 

Bundan əlavə «ALBALI» kartlarının sahibləri yeni aplikasiya sayəsində «Facebook» üzərindən birbaşa şəxsi kabinetə  daxil ola biləcəklər. Burada aparılan  əməliyyatlar, borclar və digər məlumatları ala biləcəklər.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR