Bank Of Baku

«Albalı» kartından bölgələrdə istifadə coğrafiyası genişləndirilir

«Albalı» kartından bölgələrdə istifadə coğrafiyası genişləndirilir
# 18 oktyabr 2013 10:26 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanın «Unibank» ASC «Albalı» kartının  bölgələrdə fəaliyyət coğrafiyasını genişləndirir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, artıq  Sumqayıt, Gəncə, Şəmkir, Mingəçevir, Şəki, Xaçmaz, Quba, İsmayıllı, Qəbələ və Lənkəranda yerləşən 100-dən artıq ticarət və xidmət mərkəzində «Albalı» ilə alış-veriş etmək mümkündür. Müştərilər  alınan məhsul və xidmətin dəyərini bərabər hissələrlə, 12 ayadək müddətə ödəyə bilərlər.

 

Qeyd edək ki, «Albalı» kartını bankın istənilən filialında pulsuz almaq  mümkündür. İki il müddəti olan bu kartın maksimal limiti 3 000 manatdır. Kartdan müəyyən limit çərçivəsində nağdlaşdırma da aparmaq mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR