Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC-nın «ALBALI» kart sahibləri 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində «İdeal» parfümeriya dükanlarından istədikləri məhsulu 35% endirimlə ala bilərlər. Bankdan «APA-Economics»ə verilən məlumata görə, «İdeal» mağazalarından «ALBALI» kartla alış-veriş edən hər kəs malın dəyərini 6 aya ödəmək imkanı qazanır.
Martın 10-dək davam edən aksiya çərçivəsində isə «ALBALI» kart sahiblərinə «İdeal» dükanlarında əlavə 3 aylıq taksit imkanı da hədiyyə olunur. Yəni, digər müştərilərdən fərqli olaraq, «ALBALI» sahibləri malın dəyərini 6 aya deyil, 9 aya ödəyəcəklər.
Qeyd edək ki, «Unibank»ın 8 Mart bayramı münasibətilə xanım müştərilərə kredit kartı hədiyyə kampaniyası da davam edir. Martın 10-dək «Unibank»dan nağd kredit alan hər bir xanım müştəriyə, «Master Card» kredit kartı hədiyyə olunur. Bayram hədiyyəsi olan 500 manat limitli bu kart pulsuz verilir və heç bir komisyya haqqı ödənilmədən rəsmiləşdirilir. Kartdakı kredit vəsaitindən 35 gün müddətində faiz ödəmədən istifadə etmək mümkündür.
«Unibank»da arayışsız kreditlərin verilməsi ilə bağlı kampaniya davam edir. Bu kampaniya çərçivəsində iş yerindən arayış təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə, bankın bütün paytaxt və rayon filiallarından 5 min manatadək kredit ala bilər. Başqa banklarda kredit borcu olanlara da arayışsız kredit verilir. «Unibank»ın nağd kreditlərində minimal əmək haqqına və paytaxt qeydiyyatına tələb yoxdur.
«Unibank» nağd kredit götürən hər bir müştərisi üçün maksimal yaş həddini də 65-dən 70-ə qaldırıb. Artıq 20 yaşdan yuxarı və kreditin bitmə müddətinə 70 yaşı tamam olan hər bir ölkə vətəndaşı bankın kreditindən faydalana bilir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün «Unibank»ın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib.
Əlavə olaraq, müştərilərin rahatlığını təmin etmək məqsədilə «Unidirect» xidməti də fəaliyyət göstərir. Bu xidmətdən istifadə etmək üçün, müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb, öz elektron ünvanlarından [email protected] ünvanına göndərməlidir.