Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «Amrahbank» ASC-nin 2012-ci ildə əldə etdiyi gəlirlərin həcmi 17,225 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin analoji göstəricisindən 13,5% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, keçən il bankın xərcləri 6,9% artaraq 14,466 mln. manata çatıb.
Bankdan həmçinin bildirilib ki, ötən ilin yekununda bank 2,066 mln. manat həcmində mənfəət əldə edib və bu, 2011-ci ilin göstəricisindən 15 dəfə çoxdur.
Qeyd edək ki, bankın faiz gəlirləri 12,178 mln. manat, qeyri-faiz gəlirləri 5,047 mln. manat, faiz xərcləri 5,780 mln. manat, qeyri-faiz xərcləri isə 8,686 mln. manata bərabər olub. Ötən ilin yekununda bankın faiz mənfəəti 36,2%, qeyri-faiz zərəri isə 18,0% artıb.