Bank Of Baku

«Atabank»ın aktivləri son bir ildə 25% artıb

«Atabank»ın aktivləri son bir ildə 25% artıb
# 21 fevral 2013 13:21 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Atabank» ASC-nin aktivlərinin həcmi 2013-cü il yanvarın 1-nə 287,559 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 24,5% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 28,5% artaraq 188,485 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 66,747 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin əvvəlinə olan göstəriciyə nisbətən 95,5% çoxdur.

 

Bankın depozit portfeli 2012-ci ildə 24,7% artaraq 243,481 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 159,254 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 56,3% çoxdur.


Ötən il ərzində bankın məcmu kapitalı 6,5% artaraq 31,012 mln. manat, o cümlədən nizamnamə kapitalı 12% artaraq 27,986 mln. manat təşkil edib.


Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il yanvarın 1-nə 23 271-ə bərabər olub ki, bu da illik müqayisədə 8,9% çoxdur. O cümlədən, debet kartların sayı 2012-ci ildə 7,9% artaraq 21 950-yə, kredit kartların sayı 29,3% artaraq 1 321-ə çatıb.

 

Hazırda bankın ölkə üzrə 24 filialı, 72 bankomatı, 9 217 POS-terminalı fəaliyyət göstərir. Bankın 335 işçisi var.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR