Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «AtaSığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 25 manat, sayı 96 min ədəd, emissiyanın ümumi həcmi isə 2,4 mln. manat təşkil edir. Sözügedən səhmlər kütləvi təklif üsulu ilə yerləşdiriləcək və yerləşdirmə başa çatdıqdan sonra sığorta şirkətinin nizamnamə kapitalı 37,9% artaraq 9,1 mln. manata çatacaq.
Qeyd edək ki, təsisçisi «AtaHolding» olan «AtaSığorta» ASC 2004-cü ilin sentyabr ayından fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 6,6 mln. manat təşkil edir.