Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «AtaSığorta» ASC 1 mln. manat həcmində əlavə səhm emissiyasının yerləşdirilməsini tam başa çatdırıb. ASC-dən «APA-Economics»ə verilən məlumata görə, bunun nəticəsində şirkətin ödənilmiş nizamnamə kapitalı 15,2% artırılaraq 7,6 mln. manata çatdırılıb.
«AtaSığorta» şirkətinin 2012-ci il ərzində topladığı sığorta haqları 10,85 mln. manat, sığorta ödənişləri isə 2,75 mln. manat təşkil edib.
«AtaHolding» Şirkətlər Qrupuna daxil olan «AtaSığorta» ASC 2004-cü ildən fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısı olan «AtaSığorta»nın 4 filial və 4 nümayəndəliyi var.