Bank Of Baku

«AXA-MBASK» nizamnamə kapitalı və səhmdar kapitalının strukturunu dəyişib

«AXA-MBASK» nizamnamə kapitalı və səhmdar kapitalının strukturunu dəyişib
# 06 avqust 2013 10:32 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. «AXA-MBASK» sığorta şirkəti nizamnamə kapitalını 30% artırıb.

 

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «AXA-MBASK»ın nizamnamə kapitalı və səhmdar kapitalının strukturu dəyişdirilib.

 

Bundan öncə sığorta şirkətinin nizamnamə kapitalı 6,7 mln. manat təşkil edirdisə, hazırda nizamnamə kapitalı 8 732 520 manata çatdırılıb. Səhmdar kapitalının strukturuna gəldikdə, əgər bundan öncə səhmlərin 51% «AXA Group»un, 49%-i isə fiziki şəxslərin payına düşürdüsə, artıq səhmdar kapitalının strukturu müvafiq olaraq 84% və 16% təşkil edir.

 

Xatırladaq ki, «AXA-MBASK» sığorta şirkəti 1992-ci ildən «MBASK» sığorta şirkəti adı ilə fəaliyyətə başlayıb. 2010-cu ilin oktyabr ayında «MBASK» sığorta şirkətinin nəzarət səhm paketi (51%) «AXA Group»un (Fransa) törəmə şirkəti olan «AXA Sequros generales S.A, De Sequros Y Reasequros» (İspaniya) şirkətinə satılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR