Bank Of Baku

«AXA-Mbask Agent Akademiyası» yeni tədris ilinə başlayıb

«AXA-Mbask Agent Akademiyası» yeni tədris ilinə başlayıb
# 04 fevral 2013 07:37 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «AXA-Mbask» sığorta şirkəti öz şəbəkəsində fəaliyyət göstərən sığorta agentlərinin təlimi və ixtisaslarının artırılması üzrə işini davam etdirir. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, Agent Akademiyası çərçivəsində beynəlxalq və yerli təcrübəyə əsaslanaraq xarici və yerli peşəkar təlimçilər tərəfindən keçirilmiş treninqlər, agentlərin səviyyəsini qaldırarag öz işlərini professional şəkildə idarə etmələrinə, satış imkanlarının artırılmasına və daha müştəriyönümlü olmasına şərait yaradacag.

 

Tədris planına uyğun olarag, il ərzində davam edəcək təlimlərdə «Satış», «Maliyyə», «Sığorta hadisələri» və «Anderraytinq» modulları üzrə təcrübə keçiriləcək. Bundan başqa, agentlərə sıgorta işində  innovativ texnologiyaların  istifadəsi praktiki şəkildə başa salınacaq. Treninqin sonunda iştirak edən agentlərə «AXA-Mbask Agent Akademiyası»nın diplom və sertifikatları veriləcək.

 

Qeyd edək ki, sığorta xidmətlərinin keyfiyyətinin daim təkmilləşdirilməsini qarşısına məqsəd qoyan «AXA-Mbask» geniş agent şəbəkəsinin inkişafına fəal şəkildə təkan verir. Hazırda ölkə ərazisində 80-ə yaxın agentlik fəaliyyət göstərir ki, bu da sığorta xidmətlərinin tam əhatə olunmasını və potensial istehlakçılar üçün əlverişliliyini təmin edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR