Bank Of Baku

«Azər-Türk Bank» bu gün xanım müştərilərinə hədiyyələr verəcək

«Azər-Türk Bank» bu gün xanım müştərilərinə hədiyyələr verəcək
# 07 mart 2013 06:51 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. «Azər-Türk Bank» ASC tərəfindən 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanım müştərilər üçün hədiyyə hazırlanıb.

 

Bankdan «APA-Economics»ə verilən məlumata görə, martın 7-də «Azər-Türk Bank»ın filiallarında istənilən növ xidmətlərdən yararlanan xanımlara xüsusi hədiyyələr təqdim ediləcək. Xatırladaq ki, kampaniya bir gün davam edəcək.

 

Qeyd edək ki, «Azər-Türk Bank» ASC bütün növ bank məhsulları və xidmətləri təklif edir. Bank aşağı faizli kreditlərin ayrılması ilə seçilir.

 

«Azər-Türk Bank» ASC 1995-ci ildə təsis edilib. Bankın səhmdarları «T.C. Ziraat Bankası A.Ş.», «Aqrarkredit» bank olmayan kredit təşkilatı, «Ziraat Bank International AG» və «Turanbank» ASC-dir. Bank fiziki və hüquqi şəxslərə geniş çeşidli xidmətlər göstərməklə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdə əhəmiyyətli rol oynayır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR