Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Azər-Türk Bank» ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
Bakı Fond Birjasından «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 manat, sayı 1 204 410 ədəd, emissiyanın ümumi həcmi 1 204 410 manat təşkil edir. Yerləşdirmə kütləvi təklif üsulu ilə həyata keçiriləcək. Səhmlər yerləşdiriləndən sonra bankın nizamnamə kapitalı 9,8% artaraq 13,447 mln. manata çatacaq.
Yerləşdirmədə anderrayter kimi «Çelsi Kapital» MMC çıxış edəcək.