Bakı. Vahab Rzayev – APA-Economics. «Azər-Türk Bank» ASC qarşıdan gələn Müəllimlər günü münasibətilə təhsil işçiləri üçün «Endirimli kredit günləri» adlı kampaniyaya başlayır. Bankdan «APA-Economics»ə verilən məlumata görə, kampaniya zamanı təhsil işçiləri üçün nəzərdə tutulan kreditlərdə 3%-lik endirim tətbiq ediləcək.
«Endirimli kredit günləri» oktyabrın 1-11-də keçiriləcək. Ətraflı məlumat üçün bütün mobil operatorlar və şəhər nömrələrindən (012) 945 nömrəsinə zəng edərək və yaxud www.azerturkbank.biz elektron səhifəsindən əldə etmək olar.