Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «Azər-Türk Bank» ASC-nin 2012-ci ildə əldə etdiyi gəlirlərin həcmi 9,198 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin göstəricisindən 13,4% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın xərcləri 13,6% artaraq 7,996 mln. manata çatıb.
Bankdan bildirilib ki, ötən ildə «Azər-Türk Bank» 1,202 mln. manat həcmində mənfəət əldə edib və bu, 2011-ci ilin analoji göstəricisindən (1,073 mln. manat) 12,0% çoxdur.
Qeyd edək ki, keçən ilin yekununda bankın faiz gəlirləri 7,408 mln. manat, qeyri-faiz gəlirləri 1,790 mln. manat, faiz xərcləri 2,602 mln. manat, qeyri-faiz xərcləri isə 5,361 mln. manata bərabər olub. Nəticədə, ötən il «Azər-Türk Bank»ın faiz mənfəəti 9,1%, qeyri-faiz zərəri 9,1 dəfə artıb.