Bank Of Baku

«Azər-Türk Bank»ın mənfəəti 30% azalıb

«Azər-Türk Bank»ın mənfəəti 30% azalıb
# 14 avqust 2013 09:32 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. “Azər-Türk Bank” ASC-nin 2013-cü ilin I yarımilliyində əldə etdiyi gəlirlərin həcmi 5,437 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq göstəricisindən 27,7% çoxdur.

 

Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 43,4% artaraq 4,791 mln. manata çatıb.

 

Bankın hesabatına əsasən, yarımillik ərzində bank 0,646 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 29,6% azdır.

 

Qeyd edək ki, hesabat dövründə bankın faiz gəlirləri 4,591 mln. manat, qeyri-faiz gəlirləri 0,846 mln. manat, faiz xərcləri 1,863 mln. manat, qeyri-faiz xərcləri isə 2,903 mln. manata bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR