Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» sahibkarlara mikrokreditlərin verilməsinə başlayıb

«Azərbaycan Sənaye Bankı» sahibkarlara mikrokreditlərin verilməsinə başlayıb
# 27 mart 2013 09:10 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» ASC Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda yaşayan sahibkarlar üçün mikrokreditlərin verilməsinə başlayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu kreditlər əsasən kənd təsərrüfatı, ticarət və xidmət sahələrində çalışan sahibkarlar üçün nəzərdə tutulur.

 

«Azərbaycan Sənaye Bankı» kreditlərin verilməsində üç prinsipi əsas tutur ki, bu, müştərilərin müraciətlərinə şəffaf yanaşma, müraciətlərin təhlil olunaraq, sahibkarların maliyyə təhlükəsizliyi nəzərə alınaraq qərarların verilməsi və keyfiyyətli xidmətdir. Kiçik və orta biznesin maliyyə ehtiyaclarının təcililiyi nəzər alınaraq müraciətlərə sürətli bir şəkildə baxılaraq, yüksək keyfiyyətli xidmətin göstərilməsi təmin olunur.

 

Mikrokreditlər kənd təsərrüfatı və ya ticarət, xidmət sahəsi üzrə qrup kreditləri şəklində təqdim olunur. Birgə borclular qrupuna daxil olan üzvlər təsərrüfat və qeyri-təsərrüfat sahəsi ilə məşğul olan sabit gəlirli şəxslərdən ibarət olmalıdır. Bu kreditlərin ən əsas xüsusiyyəti ondan ibarətdir ki, qrup kreditləri birgə zaminlik əsasında, əlavə əmlak girovu tələb olunmadan təqdim edilir. Kreditin əsas məbləği və ona hesablanmış faizlərin geri ödənişi, kreditin təyinatına və müştərinin ödəmə qabiliyyətinə uyğun olaraq həyata keçirilir.

 

Qeyd olunan kreditlərin ilkin olaraq bankın Sumqayıt filialında verilməsinə başlanılıb. Daha sonra mərhələli şəkildə Gəncə, İmişli və Dərnəgül filialları tərəfindən də təqdim olunması planlaşdırılır.

 

Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildə fəaliyyətə başlayıb. Bu il fevralın 1-nə bankın aktivləri 163,9 mln. manat, depozit portfeli 90,4 mln. manat, kredit portfeli 109,4 mln. manat, nizamnamə kapitalı 28,0 mln. manat təşkil edib.

 

Bankın 8 filialı, 2 şöbəsi, 38 bankomatı və 660 POS-terminalı mövcuddur. Bankın plastik kartlarından istifadə edən müştərilərin sayı 33 mindən, cəmi müştərilərinin sayı isə 52 mindən çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR