Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» səhmlərinin nominal dəyərini artırır

«Azərbaycan Sənaye Bankı» səhmlərinin nominal dəyərini artırır
# 05 avqust 2013 10:24 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Azərbaycan Sənaye Bankı» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

 

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 manat, sayı 28 mln. ədəd, emissiyanın ümumi həcmi isə 28 mln. manat təşkil edir. Emissiya bankın hər birinin nominal dəyəri 0,20 manat olan 140 mln. ədəd (ümumi həcmi 28 mln. manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində bankın nizamnamə kapitalı dəyişməz olaraq qalsa da, hər bir səhmin nominal qiyməti 5 dəfə artaraq 1 manata çatacaq.

 

Qeyd edək ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildə «CI Bank» ASC kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Bu il yanvarın 1-nə bankın aktivləri 162,691 mln. manat, kredit portfeli 85,920 mln. manat, depozit portfeli 92,116 mln. manata, məcmu kapitalı  31,723 mln. manat, o cümlədən nizamnamə kapitalı 28 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR