Bank Of Baku

«Azərbaycan Sənaye Bankı»nın aktivləri 48% artıb

«Azərbaycan Sənaye Bankı»nın aktivləri 48% artıb
# 14 avqust 2013 08:59 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. «Azərbaycan Sənaye Bankı» ASC-nin aktivlərinin həcmi 2013-cü il iyulun 1-nə 235,889 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 47,6% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 23,5% azalaraq 99,673 mln. manata çatıb. O cümlədən istehlak kreditlərinin həcmi 47,809 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin iyulun 1-nə olan göstəriciyə nisbətən 44,3% azdır.

 

Bankın depozit portfeli son bir ildə 2,1 dəfə artaraq 100,573 mln. manata çatıb. O cümlədən əhalinin əmanətlərinin həcmi 24,569 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 2,5% çoxdur.


Son bir ildə bankın məcmu kapitalı 8,3% artaraq 33,781 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit dalaraq 28,000 mln. manat təşkil edib.


Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il iyulun 1-nə 32 812-yə bərabər olub ki, bu da illik müqayisədə 43,9% çoxdur. O cümlədən debet kartların sayı 39,9% artaraq 26 264-ə, kredit kartların sayı 63,2% artaraq 6 548-ə çatıb.


Hazırda bankın ölkə üzrə 10 filialı, 45 bankomatı, 573 POS-terminalı fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR