Bank Of Baku

«Azərbaycan Sənaye Bankı»nın aktivləri ötən il 5% artıb

«Azərbaycan Sənaye Bankı»nın aktivləri ötən il 5% artıb
# 06 fevral 2013 13:00 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» ASC-nin (ASB) aktivlərinin həcmi 2013-cü il yanvarın 1-nə 162,691 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 5,0% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 35,6% azalaraq 85,920 mln. manata enib. O cümlədən, istehlak kreditlərinin həcmi 50,855 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin əvvəlinə olan göstəriciyə nisbətən 39,5% azdır.

 

Bankın depozit portfeli 2012-ci ildə 11,0% artaraq 92,116 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 28,617 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 20,7% çoxdur.


Ötən il ərzində bankın məcmu kapitalı 10,8% artaraq 31,723 mln. manat, o cümlədən nizamnamə kapitalı 16,7% artaraq 28,0 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 33,8% artaraq 49 719, o cümlədən fiziki şəxslərin sayı 34,3% artaraq 48 730, hüquqi şəxslərin sayı 10,0% artaraq 989 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il yanvarın 1-nə 32 552-yə bərabər olub ki, bu da illik müqayisədə 1,6 dəfə çoxdur. O cümlədən, debet kartların sayı 2012-ci ildə 41,3% artaraq 25 272-yə, kredit kartların sayı 2,4 dəfə artaraq 7 280-ə çatıb.


Hazırda bankın ölkə üzrə 10 filialı, 38 bankomatı, 655 POS-terminalı fəaliyyət göstərir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR