Bank Of Baku

«Azərbaycan Sənaye Bankı»nın faiz mənfəəti artıb

«Azərbaycan Sənaye Bankı»nın faiz mənfəəti artıb
# 07 fevral 2013 08:29 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» ASC-nin 2012-ci ildə əldə etdiyi gəlirlərin həcmi 18,115 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin göstəricisindən 1,8% azdır. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 7,1% artaraq 15,742 mln. manata çatıb.

 

Bankdan verilən məlumata görə, ötən ilin yekununda bank 2,373 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 36,7% azdır.

 

Qeyd edək ki, bankın faiz gəlirləri 13,703 mln. manat, qeyri-faiz gəlirləri 4,412 mln. manat, faiz xərcləri 4,814 mln. manat, qeyri-faiz xərcləri isə 10,928 mln. manata bərabər olub. Ötən il nəticəsində bankın faiz mənfəəti 15,2% artıb, qeyri-faiz zərəri isə 5,8% azalıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR