Bank Of Baku

«Azərpoçt» daha 45 poçt şöbəsinə lisenziya verilməsi üçün Mərkəzi Banka müraciət edib

«Azərpoçt» daha 45 poçt şöbəsinə lisenziya verilməsi üçün Mərkəzi Banka müraciət edib
# 10 sentyabr 2013 11:26 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. «Maliyyə xidmətlərinin inkişafı Layihəsi» çərçivəsində «Azərpoçt» MMC-nin lisenziya alan poçt şöbələrinin sayı 1 016-ya çatıb. Bunun 114-ü Bakı, digərləri isə regionlarda yerləşir. Bundan əlavə, daha 45 poçt şöbəsinə lisenziya verilməsi üçün Mərkəzi Banka müraciət edilib. Bu barədə «APA-Economics»ə poçt operatorundan məlumat verilib.

 

Qeyd edək ki, banklarla güclü rəqabət imkanına malik olan bu müəssisə geniş poçt şəbəkəsi olmaqla bütün regionları, hətta ucqar dağ kəndlərini əhatə edir və əhaliyə bank və maliyyə xidmətləri göstərilməsi istiqamətində hətta «Neft Daşları»nda da bu xidməti tətbiq edib.

 

Eyni zamanda, şəbəkənin daha da genişləndirilməsi məqsədi ilə nağdsız ödəniş sisteminin inkişaf etdirilməsi planlaşdırılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR