Bank Of Baku

«Azərpoçt» ilin sonuna kimi plastik kartlarının sayını artıracaq

«Azərpoçt» ilin sonuna kimi plastik kartlarının sayını artıracaq
# 30 avqust 2013 07:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın milli poçt operatoru «Azərpoçt» MMC bu ilin sonuna kimi buraxdığı plastik ödəniş kartlarının sayını artırmaq niyyətindədir.

 

«APA-Economics»in məlumatına görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun rəhbəri Novruz Məmmədovun verdiyi məlumata əsasən, bu günədək «Azərpoçt» tərəfindən 12 min kart buraxılıb: «Bu kartların əksəriyyəti rabitə müəssisələrinin işçilərinin əmək haqlarının verilməsi üçün buraxılıb. Sifarişçilər içində 2-3 kənar şirkətlər də var. Bu ilin sonuna kimi daha 1 000-dək kart buraxılması nəzərdə tutulur».

 

N.Məmmədovun sözlərinə görə, hazırda «Azərpoçt» MMC-nin regionlarda və Bakıda quraşdırdığı bankomatların sayı 14, POS-terminalların sayı isə 120 ədəd təşkil edir: «Bankomatların və POS-terminalların sayını artırmaq istəyirik, lakin bu qurğuların şəbəkəsini genişləndirmək müəyyən vəsait tələb edir».

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR