Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Avrasiya» ASC-nin aktivlərinin həcmi 2013-cü il yanvarın 1-nə 60,424 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 13,8% azdır.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 55,9% artaraq 43,843 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 3,370 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin əvvəlinə nisbətən 27,3% çoxdur.
Bankın depozit portfeli 2012-ci ildə 23,7% azalaraq 30,638 mln. manata enib. O cümlədən, əhalinin əmanətlərinin həcmi 28,479 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 20,2% azdır.
Ötən il ərzində bankın məcmu kapitalı 7,5% azalaraq 18,428 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 20 mln. manat təşkil edib.
Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 51,0% artaraq 3 095, o cümlədən fiziki şəxslərin sayı 52,4% artaraq 2 878, hüquqi şəxslərin sayı 34,0% artaraq 217 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il yanvarın 1-nə 2 515-ə bərabərdir ki, bu da illik müqayisədə 1,9 dəfə çoxdur. O cümlədən, debet kartların sayı 2012-ci ildə 2,7 dəfə artaraq 1 647-yə, kredit kartların sayı 27,6% artaraq 878-ə çatıb.
Hazırda bankın ölkə üzrə 1 filialı, 7 bankomatı, 148 POS-terminalı fəaliyyət göstərir. Bankın 45 işçisi var.