Bakı. Vahab Rzayev – APA-Economics. «Bank of Azerbaijan» ASC bu ilin sonunadək nizamnamə kapitalını 32,5% artıraraq 60 mln. manata çatdırmağı planlaşdırır. Bankdan «APA-Economics»ə verilən məlumata görə, 2013-cü ilin yanvar ayının sonuna bankın səhmdar kapitalı 45,3 mln. təşkil edib.
Hazırda bankın səhmdarları 3 fiziki şəxs və 1 hüquqi şəxsdən ibarətdir. Bunlar, Kənan Hafiz oğlu Məmmədov (42,97%), Sənan Hafiz oğlu Məmmədov (42,97%), Mübariz Məcid oğlu Məmmədov (13,31%) və «
«Bank of Azerbaijan» səhmdar kapitalının artırılması ilə yanaşı bankın filial şəbəkəsini optimallaşdırmağı da planlaşdırır. Bu ilin mart-aprel aylarında Lənkəran şəhərində iri regional filialın açılması nəzərdə tutulub, yay-payız aylarında isə Bakı şəhəri, «Neftçilər» metro stansiyası yaxınlığında filialın açılması planlaşdırılır.
Hazırda bankın ölkə üzrə 17 filialı, 3 şöbəsi və 32 bankomatı fəaliyyət göstərir.