Bank Of Baku

«Bank of Azerbaijan»ın aktivləri ötən il 42% artıb

«Bank of Azerbaijan»ın aktivləri ötən il 42% artıb
# 12 fevral 2013 12:40 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. «Bank of Azerbaijan» ASC-nin aktivlərinin həcmi 2013-cü il yanvarın 1-nə 263,348 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 41,5% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 42,2% artaraq 215,508 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 35,168 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin əvvəlinə nisbətən 24,8% çoxdur.

 

Bankın depozit portfeli 2012-ci ildə 41,8% artaraq 145,819 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 91,321 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 53,2% çoxdur.


Ötən il ərzində bankın məcmu kapitalı 47,3% artaraq 35,811 mln. manat, o cümlədən nizamnamə kapitalı 35,2% artaraq 45,3 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 4,7 dəfə artaraq 50 620, o cümlədən fiziki şəxslərin sayı da 4,9 dəfə artaraq 47 874, hüquqi şəxslərin sayı 2,7 dəfə artaraq 2 746 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il yanvarın 1-nə 8 167-yə bərabər olub ki, bu da illik müqayisədə 7,6% çoxdur. O cümlədən, debet kartların sayı 2012-ci ildə 2,8% artaraq 6 302-yə, kredit kartların sayı 27,7% artaraq 1 865-ə çatıb.

 

Hazırda bankın ölkə üzrə 17 filialı, 34 bankomatı, 1 888 POS-terminalı fəaliyyət göstərir. Bankın 323 işçisi var.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR