Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank of Azerbaijan» ASC-nin 2012-ci ildə əldə etdiyi gəlirlərin həcmi 29,707 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin analoji göstəricisindən 42,1% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın xərcləri 45,8% artaraq 29,607 mln. manata çatıb.
Bankdan verilən məlumata görə, ötən ilin yekununda bank 99,73 min manat həcmində mənfəət əldə edib ki, bu da 2011-ci ilin göstəricisindən 6,2 dəfə azdır.
Qeyd edək ki, hesabat ilində «Bank of Azerbaijan»ın faiz gəlirləri 17,529 mln. manat, qeyri-faiz gəlirləri 12,177 mln. manat, faiz xərcləri 10,530 mln. manat, qeyri-faiz xərcləri isə 19,044 mln. manata bərabər olub. Ötən ilin yekununda bankın faiz mənfəəti 2% azalıb, qeyri-faiz zərəri isə 6,2% artıb.